afp 20250109 36 td 9 fb v1 high res lebanon politics vote president e1736750144269 1

Livan Prezidenti Cozef Aun ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında görüş gündəmdə deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ad-Diyar” qəzeti məlumat yayıb.

Qeyd edilib ki,  Livan Prezidenti atəşkəs dövründə Prezident Donald Trampla görüşmək üçün ABŞ-a səfər edə bilər.

Xatırladaq ki, bundan əvvəl İsrail kanalı ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunun iki həftə sonra Vaşinqtonda görüşəcəyini açıqlamışdı.

“Netanyahunun mayın 11-də görüş üçün Vaşinqtona gedəcəyi gözlənilir. Qeyd olunur ki, danışıqların mövzusu münaqişənin vəziyyətindən və təhlükəsizlik durumundan asılı olacaq”, – deyə bildirilmişdi.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: