Daha iki ölkə Şengen zonasına qoşuldu

Bolqarıstan və Rumıniya Şengen zonasına qismən daxil olublar.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, hər iki ölkə Şengen qaydalarının tətbiqi üçün lazımi şərtlərə əməl ediblər.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bolqarıstan və Rumıniyanın Şengenə qoşulmasını iqtisadiyyat, turizmə töhfə verəcəyini bildirib.