İsrail Müdafiə Qüvvələrinin Qərbi Samariyə bölgəsində əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrail təhlükəsizlik qüvvələri reydlər zamanı terror fəaliyyətində iştirakda şübhəli bilinərək axtarışda olan 70 fələstinlini saxlayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri reydlər zamanı təxminən 200 şübhəlini dindirib və 300 yerdə axtarış aparıb. Hərbçilər qeyd ediblər ki, saxlanılanlardan bəziləri HƏMAS hərəkatı ilə əlaqədə şübhəli bilinir.
Əliyar Xəlil