İrəvanda Qarabağ gərginliyi: günah müxalifətdədir! – Ovanisyan

“Hazırkı Ermənistan hakimiyyətinin Qarabağ üçün etdiklərini hələ heç bir hökumət etməyib”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Lakin daha sonra müharibə başladı və bunun təşkilatçıları, xəyanətkarları kimdir, bilinir. Hakimiyyəti Qarabağ üçün sona qədər mübarizə aparmamaqda ittiham etmək yersizdir, çünki ən azı 2021-ci ildə Ermənistan vətəndaşları Mülki Müqaviləyə səs verərək bu məsələlər aydınlıq gətirdirlər”, – o bildirib.

Simonyana başqa bir hakim partiya deputatı Artur Ovanisyan dəstək verib. O deyib ki, Qarabağdakı qondarma rejimin buraxılmasında əsas iştirakçı məhz Ermənistan müxalifəti olub:

“Müxalifət indi insanlara deyir ki, Qarabağın buraxılması sənədi əsassızdır. Niyə siz daşnaklarla birgə yeni “prezident” seçdiniz? Yekunda hər şeyi kim buraxdı? Mən sizin məntiqiniz başa düşmürəm. İndi müxalifət deyir ki, biz Qarabağ “deputatları” ilə görüşək. Mənim şəxsən onlarla görüş üçün xüsusi arzum yoxdur. Siz eşitmisinizmi onlar bizim haqqımızda danışanda hansı leksikondan istifadə edirlər? Bu, biabırçılıqdır”.

Qeyd edək ki, Simonyan bundan əvvəl Ermənistan-Qarabağ parlamentlərarası komissiyasının ləğvi gərəkdiyini açıqlayıb.

Əliyar Xəlil 

Globalinfo.az