İrəvanda gənclər meydana “Afrika zurnası” ilə çıxdılar – VİDEO

İrəvanda əllərində vuvuzela (Afrika zurnası) aləti tutan gənclərin aksiyası başlayıb. 

Globalinfo.az xəbər verir ki, onlar hökumət binası qarşısında cərgə ilə düzülən polis əməkdaşlarının qarşısında Afrika zurnasında ifaə edərək aksiya keçirirlər.

Aksiya iştirakçıları çiyinlərinə erməni bayraqları asaraq müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, dünəndən İrəvanın “Respublika” meydanında çoxlu sayda polis qüvvələri cəmləşib. Hökumət binanın bütün girişləri polislər tərəfindən qorunur.

Artıq yenidən “Respublika” meydanında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə milli etiraz mitinqi başlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az