“Qarabağı itirməyimizdən sonra bir çox cavabsız suallar ortaya çıxıb”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyib.
O, Qarabağdan Ermənistana köçən separatçıların qorxduğunu bildirib:
“Ermənistanın siyasi siferasındakı bəzi qüvvələr, fiqurlar bu məsələnin gündəmdə qalması üçün pis-yaxşı çalışır. Lakin Qarabağdan gələn “siyasi fiqurlar” məsələnin üstünü bağlamağa çalışırlar. Bunu qanuniləşdirmək istəyirlər. Ermənistan hökumətinə qarşı çıxmaq, müxlifətlə addımlamaq istəmirlər. Kimsə “artsax” uğrunda mübarizənin KVazgen Sarkisyanın, Serj Sarkisyanın, Robert Köçəryanın, Bako Saakyanın və ya Arkadi Qukasyanın rəhbərliyi altında olduğunu düşünürsə, çox böyük səhv edir. Müxalifətə qoşulmurlar, amma ayrı-ayrılıqda “mübarizə” aparacaqlarını bildirilər. Çoxu Nikol Paşinyanı və onun tərəfdaşlarını birbaşa hədəf almağa qorxur, təzyiqlərə məruz qalmaq istəmir. Məsələnin bağlayaraq özlərini qorumağa çalışırlar, dövlət veclərinə belə deyil. Hakimiyyət də bu məsələni unutdurmağa çalışır”.
Ayşən Mustafa
Globalinfo.az