
Ermənistanın paytaxtı İrəvanda növbəti aksiya keçirilib.
Globalinfo.az xəbər verir ki, aksiyaya rəhbərlik edən Tavuş vilayətinin yepiskopu Baqrat Qalstyan ölkənin bütün bölgələrində əhalini tətil etməyə və aksiya keçirməyə çağırıb.
Yepiskop müxalifətin yeni baş nazirin seçilməsi üçün danışıqlar apardığını bildirib:
“Parlamentin iki müxalifət fraksiyası yeni baş nazirin seçilməsi üçün səsverməyə hazırdır. Yeni seçiləcək müvəqqəti hökumət sülh danışıqlarını davam etdirməlidir. Lakin ölkədə əsas seçkilərə kimi konstitusiya dəyişikliyi həyata keçirilməməlidir. Erməni patriarxının xeyir-duası, Allahın iradəsi və təbii ki, xalqımızın istəyi ilə istənilən məsuliyyəti öz üzərimə götürməyə hazıram”.
Qeyd edək ki, B.Qalstyan bundan öncə baş nazir postuna əsas iki namizəddən biri olduğunu, lakin bu vəzifəni istəmədiyini açıqlamışdı. Lakin aksiya iştirakçılarının əksəriyyəti onun namizədliyini dəstəkləyir.
Ayşən Mustafa
Globalinfo.az