merlin 154285776 88e3ffdf 37cf 4a00 9f1c c849b2eb8d39 jumbo

ABŞ Venesuelanın sahillərinə yeddi gəmi, o cümlədən üç destroyer, bir sualtı qayıq və təxminən 2,2 min dəniz piyadası göndərib. Məlumata görə, bu addım Prezident Nikolas Maduro rejiminin devrilməsi və ya onun istefasına təzyiq göstərilməsi planının bir hissəsidir. Lakin rəsmi açıqlamalarda əməliyyat narkotiklərlə mübarizə kimi təqdim edilir.

Az əhalisi olan bölgələrdə əməliyyat zamanı narkotik istehsal edilən obyektlər və ya Rusiyanın tikdiyi yeni silah zavodlarının hədəf seçiləcəyi ehtimal olunur. Hətta bəzi mənbələr Maduronun ABŞ tərəfindən terrorizmdə şübhəli bilinməsi əsası ilə PUA hücumuna məruz qalacağını iddia edir.

Ev Venesuelada hakimiyyət dəyişikliyinə nail ola biləcək?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ-ın Venesuelaya qarşı hərbi təzyiqləri onilliklərlə davam edən böhranın nəticəsidir:

“Venezuela Rusiya və İranla əməkdaşlıq edir, Çinlə siyasi və iqtisadi əlaqələri yüksək səviyyədədir. Latın Amerikası daima Vaşinqtonun geosiyasi təsir dairəsində olub. Venezuelanın ABŞ-ın maraqlarına zidd siyasət aparması Prezident Donald Tramp administrasiyasını narahat edir. Bundan əlavə, ölkənin neft ehtiyatları Vaşinqton üçün strateji əhəmiyyət daşıyır.

mehemmed esedullazadeee 900x574 1
Məhəmməd Əsədullazadə

ABŞ-ın hərbi əməliyyatlara başlaması mümkündür. Hətta bu əməliyyatlar aylarla davam edə bilər, lakin Vaşinqtonun tam qalib gəlməsi ehtimalı azdır. Əvvəlcə Venesuela xalqı inqilab etməsə, hərbi əməliyyatlar əks-effekt verəcək. Alternativ olaraq, Vaşinqton ya xüsusi əməliyyat keçirib Maduronu aradan götürməli, ya da uzunmüddətli müharibəyə başlamalıdır ki, bu da ardınca xaos gətirə bilər”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: