ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı törətməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” qəzetinin jurnalisti Kerol Markoviç məlumat yayıb.
“O, Kaliforniyanın Torrens şəhərindən olan 31 yaşlı Kol Tomas Allendir və hazırda saxlanılıb”, – deyə jurnalist qeyd edib.
ABŞ Prezidenti Donald Tramp da öz “Truth Social” hesabında həmin şəxsin foto və videosunu yayıb.
Xatırladaq ki, Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarının “Washington Hilton” hotelindəki qəbulu zamanı atışma baş verib. Atəş səsləri gəldiyi an Ağ Ev rəhbəri təhlükəsiz şəkildə təxliyə olunub. Digər qonaqlar masaların altında gizlənib.