ibrahim

İran münaqişə və danışıqlarda ABŞ-a qarşı taktikalarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezai “X” platformasında fikirlərini bölüşüb.

“Biz qarşılıqlı prinsip əsasında hərəkət edirik. Yəni qarşı tərəf nə edirsə, ona uyğun cavab verilir”, – deyə o bildirib.

Rəsmi ABŞ Prezidenti Donald Trampın təzyiqlərini və ictimai təhdidlərini faydasız hesab etdiyini açıq şəkildə yazıb.

“Əgər razılaşma istəyirlərsə, danışıqlar aparsınlar. Amma altı dollarlıq qaz istəyirlərsə, blef etməyə davam edə bilərlər”, – deyə Rezai vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: