bc7294ee a0f7 3f7f 872e 62efe403f312 850

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat – axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Globalinfo.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

“Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzərləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən 154 ədəd dördbucaqlı formalı bağlamada qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 103 kq 395 q narkotik vasitə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

d9b469c8 75ca 3e78 993d ee32ff6ad20c def1c9b7 14b3 34c5 9f6e 287291247550

Paylaş: