İran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə İran Baş Prokurorluğu məlumat yayıb.
“İranın Baş Prokurorluğu əxlaq polisinin ləğvi barədə məlumat verib”, – bildirib.
İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, “əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib”.
Qeyd edək ki, daha öncə İranın hüquq orqanlarının qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyi bildirilib.