Mirzoyan Rumıniyaya gedir – Məqsəd nədir?

3-4 Aprel tarixlərində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Rumıniyaya işgüzar səfər edəcək.

Globalinfo.az xəbər verir ki, Mirzoyanın Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşü olacaq və bundan sonra birgə mətbuat konfransı keçiriləcək.Səfər çərçivəsində Ararat Mirzoyanın digər yüksək səviyyəli, o cümlədən Rumıniyanın qanunvericilik orqanlarının nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Görüşlər zamanı Ermənistan və Rumıniya arasında ikitərəfli əməkdaşlıq və Ermənistan-Aİ tərəfdaşlığı, o cümlədən Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə çağırışlar və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə ediləcəyi bildirilib.