bee

BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim əl-Haşimi bildirib ki, ölkə İran hücumlarına cavab vermək niyyətində deyil.

“Biz özümüzü müdafiə etməyə hazırıq, amma ümid edirik ki, buna gərək olmayacaq”, – nazir vurğulayıb.

O, zərurət yaranacağı halda BƏƏ-nin daha sərt tədbirlərə keçə biləcəyini deyib.

***18:00

İranın Fars körfəzi bölgəsində həyata keçirdiyi hücumlar nəticəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 3 nəfər ölüb, 58 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

“İrandan atılan 165 ballistik raketi aşkarlanıb, onlardan ikisi qanadlı raket olmaqla, 154-ü vurulub. Ümumilikdə 541 İran pilotsuz uçuş aparatı aşkarlanıb, onlardan 506-ı vurulub”, – deyə bildirilib.

Məlumata görə, hücumlar nəticəsində Pakistan, Nepal və Banqladeş vətəndaşları olan üç nəfər həlak olub.

Qeyd edək ki, sözügedən tədbirlər ABŞ və İsrail hücumlarına cavab kampaniyası çərçivəsində baş tutub.

Paylaş: