İrandakı səfirliyimiz nə vaxt fəaliyyətə başlayır?

İran və Azərbaycan tezliklə Tehrandakı Azərbaycan diplomatik nümayəndəliyinin fəaliyyətinin bərpasını müzakirə edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Nasir Kanani danışıb.

“Azərbaycanın rəsmi şəxslərinin İrana səfər planları razılaşdırma mərhələsindədir və mən hələlik dəqiq tarixləri açıqlaya bilmərəm. Ancaq sizi əmin edim ki, gündəliyimizdə Azərbaycan səfirliyinin fəaliyyətini bərpa etməsi və Cənubi Qafqazda hadisələrin inkişafı kimi ciddi məsələlər dayanır”, – o bildirib.

Qeyd edək ki, Tehrandakı Azərbaycan səfirliyinə yanvarın 29-dakı hücumdan sonra səfirlik öz fəaliyyətini dayandırmışdı.

Əliyar Xəlil
Globalinfo.az