Naxçıvanla bağlı plan müzakirə edilir – Erməni ekspert

“Ermənistan kapitulyasiya aktı imzalayır. Bu danışıqları başqa cür adlandırmaq olmur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni siyasətçi Qraçya Qalustyan bildirib.

“Brüssel formatı Ermənistan üçün deyil, Azərbaycan üçün əlverişlidir. Sözügedən formatda bütün digər görüşlər də buna gözəl nümunədir. Bizim hökumət özünün diplomatik məğlubiyyətlərini danmağa çalışdı… Bizə deyildi ki, Zəngəzur dəhlizi Azərbaycanın arzusu olaraq qalacaq. Bizi əmin etdilər ki, heç buna yaxın bir şey də olmayacaq, Azərbaycanın dəhliz logikası qəbuledilməzdir.

Ancaq nə baş verir? Bu danışıqlar çərçivəsində İlham Əliyev və Nikol Paşinyan Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasındakı dəhliz məsələsini müzakirə ediblər”, – Qalustyan deyib.

Tamerlan Yayaqan
Globalinfo.az