9777755 pic 32ratio 900x600 900x600 65527

İraqın Ərbil şəhərinin şimalında yerləşən “Lanaz” neft emalı zavodu yaxınlığında etiraz aksiyası keçirilib.

Globalinfo.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, etiraz aksiyasının iştirakçıları zavodda iş yerlərinin yaradılmasını tələb ediblər.

Obyekti mühafizə edən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri etirazçılara atəş açıblar.

Nəticədə bir etirazçı və neft məhsulları daşıyan yük maşınının sürücüsü həyatını itirib, üç nəfər yaralanıb.

Paylaş: