iran genelkurmay baskanligindan turkiyeye fuze aciklamasi 104612 20260305 900x540 2

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi ölkənin İran tərəfindən növbəti hücuma məruz qaldığını açıqlayıb.

Globalinfo.az-ın xəbərinə görə, BƏƏ səmasında raketlər və pilotsuz uçuş aparatları aşkar edilib.

Nazirliyin məlumatına görə, BƏƏ-nin hava hücumundan müdafiə sistemləri hazırda İrandan atılan raket və dron hücumlarını dəf edir. Rəsmi açıqlamada qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində eşidilən səslər məhz bu müdafiə sistemlərinin fəaliyyəti ilə bağlıdır.

Hücumun miqyası hələlik dəqiqləşdirilməyib. Bu, İranın atəşkəs rejiminin qüvvəyə minməsindən sonra BƏƏ-yə qarşı həyata keçirdiyi ikinci hücumdur.

BƏƏ-nin Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlər İdarəsi sakinlərə müraciət ünvanlayaraq, onlara təhlükəsiz yerlərdə qalmağı və rəsmi məlumat mənbələrini izləməyi tövsiyə edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: