Polish 20250124 004927637 scaled

İran və Ermənistan arasında birgə bəyanat və müxtəlif sahələrdə 10 əməkdaşlıq sənədi imzalanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın informasiya portalında məlumat yayılıb.

Bildirilib ki, imzalanan sənədlər siyasi, sosial, mədəniyyət, turizm, sənaye, təhsil, yol və şəhərsalma, incəsənət və səhiyyə sahələrini əhatə edir.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında təkbətək formatda danışıqlar başa çatıb. Görüş təxminən 1,5 saat davam edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: