ABŞ-la mümkün razılaşma xəbərləri yayıldığı vaxt İranın Ali Milli Təhlükəsizlik Şurası ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Şuranın üzvü və İran prezidentliyinə keçmiş namizəd olan radikal siyasətçi Səid Cəlili Ali Milli Təhlükəsizlik Şurasının tərkibindən çıxarılıb.
Bildirilir ki, onun yerinə İran xarici işlər nazirinin keçmiş müavini Əli Bağeri Kənini təyin olunub.
Xatırladaq ki, Əli Bağeri Kəninin ali rəhbərin ailəsi ilə qohumluq əlaqələrinin olduğu da vurğulanır.
Bununla belə, sözügedən iddialar hələlik İranın rəsmi qurumları tərəfindən təsdiqlənməyib.
Safura Bənnayeva
Globalinfo.az