65c22a34bbc1a65c22a34bbc1b170722360465c22a34bbc1865c22a34bbc19

“Biz Ermənistanla Azərbaycanın sülh əldə etmək səylərini alqışlayırıq, müharibəyə qarşıyıq”.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

“Regionda sülhə alternativlər yoxdur, gərək sülh olsun. Bu, bizim prinsipial mövqeyimizdir. Biz dialoqu dəstəkləyir və alqışlayırıq” – səfir bildirib.

Bununla belə İran səfiri ABŞ-ın Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarında fəaliyyətini aktivləşdirməsinə qarşı çıxıb:

“ABŞ-a gəlincə, biz hesab edirik ki, “böyük şeytan” regiona gələndə başqa məqsədlər güdür. Region xalqlarının dinc həyatı və təhlükəsizliyi yerinə, onlar başqa məqsədlər güdürlər”.

O deyib ki, əgər ABŞ bəzi ölkələri bu danışıqlardan uzaqlaşdırmaq istəyirsə (hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar vasitəçisiz gedir, ABŞ da bunu dəstəkləyir – red.), bu onların istəyinin saxta olduğunu göstərir:

“Biz istəyirik sülh bərpa olunsun. ABŞ isə nəzarətindəki alətlərdən öz məqsədlərinə çatmaq üçün yararlanır”.

Qeyd edək ki, iyulun 9-da Vaşinqtondan NATO sammiti keçiriləcək. Sammitə Azərbaycan və Ermənistan da dəvət edilib. Ermənistan təklifi qəbul edib, Azərbaycan isə hələlik mövqe bildirməyib. Bununla belə, ekspertlər Vaşinqtonda iki ölkənin XİN rəhbərləri arasında görüş ola biləcəyini deyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: