İran rəsmisi: “Rusiyaya xəbərdarlıq etmək lazımdır”

“Rusiyaya Zəngəzur dəhlizi və İranın maraqları barədə xəbərdarlıq etmək lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Vahid Əhmədi deyib.

“Rusların Zəngəzur dəhlizi və Fars körfəzi ilə bağlı irəli sürdüyü mövqe doğru deyil. Ona görə də xarici siyasət rəsmilərinin bu məsələ və İranın maraqları ilə bağlı ciddi mövqe sərgiləyəcəyi və lazımi xəbərdarlıqlar edəcəyi gözlənilir”, – deyə İran Vahid əhmədi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az