İran prezidenti İsrailə hansı halda zərbə endiriləcəyini açıqladı

İsrail öz təhlükəsizliyini təmin etmək vəziyyətində deyil.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.

Onun sözlərinə görə, hazırda İsrail daxilində vəziyyət əvvəlki dönəmlərdən çox fərqlidir:

“İsrail yaxşı başa düşür ki, İrana müqavimət göstərə bilməz. Sionist təhdidlərin məzmunu yoxdur. Buna da əsas sübut İsrailin Fələstin və digər regionlardakı gənclərin müqavimətinə qarşı mübarizə apara bilməməsidir. İsrail İran istiqamətində kiçik bir addım atsa belə, bizim ilk işimiz onun məhvi olacaq”.

İlkin Həsənov
Globalinfo.az