İran ordusunda əsgər 5 nəfəri öldürdü, hadisə yerindən qaçdı

İranın Kerman vilayətində yerləşən Bağin hərbi hissəsində atışma olub. 

Globalinfo.az xəbər verir ki, əsgər odlu silahdan atəş açaraq 5 hərbçini öldürüb.

Məlumata görə, İran Ordusunun Cənub-Şərqi Korpusunun komandanı Əmir Qulamian məsələ ilə bağlı xəbəri təsdiqləyib.

Cinayəti törədən hərbçinin hadisə yerindən qaçdığı və onun saxlanılması yönündə əməliyyatların davam etdirildiyini bildirib.