Hücumlar başa çatdı, amma… – Baqeri

İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqeri bildirib.

“İranın İsrailə qarşı əməliyyatı başa çatıb, lakin zərurət yaranarsa, ölkənin silahlı qüvvələri gələcəkdə də hərəkətə keçməyə hazırdır” – o qeyd edib.

O bildirib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləyərsə, ABŞ hərbi bazaları Tehranın hədəfi olacaq.