“İran diplomatiyanı əsas prioritet hesab edərək vasitəçilər vasitəsilə ABŞ-la danışıqları davam etdirir”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Taylanddakı səfiri Nəsirəddin Heydəri deyib.
O bildirib ki, mühüm olan ölkəni müdafiə etməkdir:
“Danışıqlar vasitəçilər vasitəsilə davam edir. Əsas sual Amerika tərəfinin öz öhdəliklərini nə dərəcədə vicdanla yerinə yetirmək niyyətində olduğudur. Diplomatiya bizim prioritetimiz olaraq qalır, lakin vətənimizi müdafiə etməyə də həmişə hazırıq”.