Sui-qəsdə məruz qalan İmran Xanın son durumu açıqlandı – YENİLƏNİB-2

Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə onun partiyasının üzvləri bildirib.

Sabiq hökumət başçısı xəstəxanaya yerləşdirilib. Onun yarasının yüngül olduğu bildirilib.

***

16:36

Pakistanın keçmiş Baş naziri İmran Xana atəş açan şəxs tutulub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, həmin şəxs kameralara da düşüb. Onun kimliyi barədə hələlik məlumat açıqlanmayıb.

İmran Xanın ayağından yüngül yaralandığı bildirilir.

***15:57

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Pakistan mətbuatı yazıb.

Hadisə nəticəsində onun yaralandığı bildirilir.

Hadisənin təfərrüatı hələ ki, məlum deyil.