“Moldovanın yaxın vaxtlarda NATO-ya üzv olmasının real görünmür”.
Globalinfo.az xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Mihail Popşoy deyib.
O bildirib ki, buna əsas səbəb vətəndaşların əksəriyyətinin alyansa qoşulma ideyasını dəstəkləməməsidir.
“NATO-ya üzvlük məsələsi yalnız cəmiyyətin iradəsindən asılıdır. Əgər geniş ictimai dəstək olarsa, bu məsələ ciddi perspektiv kimi gündəmə gətirilə bilər. Hazırkı vəziyyətdə isə müxtəlif səbəblərdən belə dəstək yoxdur”, – deyə nazir qeyd edib.
O vurğulayıb ki, Moldova siyasətçiləri NATO mövzusundan yayınmağa çalışırlar.
Bununla yanaşı, Popşoy özünün alyansın tərəfdarı olduğunu gizlətməyib:
“Avroatlantik təhlükəsizliklə bağlı bütün təşəbbüslərin tərəfdarıyam. Təhlükəsizlik üçün real təminatların yalnız NATO tərəfindən verilə biləcəyini anlamaq üçün xüsusi elmi dərəcəyə ehtiyac yoxdur”.
Əliyar Xəlil
Globalinfo.az