İlon Maskın Bakı tviti rekord qırdı – FOTO

“SpeysX” şirkətinin qurucusu İlon Maskın Bakıda keçirilən tədbirlə bağlı tvitinə rekord sayda reaksiya gəlib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, İlon Mask Bakı çıxışını səhifəsinin yuxarı hissəsinə sancıb. Alt hissəsində “Azərkosmos”un loqosu olan bu tvit 37 milyondan çox baxış sayı qazanıb.

Qeyd edək ki, İ.Mask 5 oktyabr tarixində Bakı vaxtı ilə saat 17:45-18:45 arasında Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə onlayn danışıb.