İlon Maskdan Sorosa ittiham

Özünü maliyyəçi kimi təqdim edən Corc Soros bəşəriyyətə nifrət edir.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask “Twitter” hesabında bildirib.

Maskın sözlərinə görə, Soros fondları şəbəkəsi xoş niyyətlə yaradılmayıb və xoş mərama xidmət etmir. “O, sivilizasiyanın hüceyrələrini məhv etmək istəyir. Soros bəşəriyyətə nifrət edir”, – amerikalı iş adamı bildirib.

Qeyd edək ki, amerikalı maliyyəçi Corc Soros müxtəlif ölkələrdə “rəngli inqilablar” həyata keçirməkdə ittiham olunur.