Amerikalı milyarder İlon Mask yeni şirkət yaradıb.
Globalinfo.az xəbər verir ki, yeni şirkət süni intellektlə məşğul olacaq. Şirkətin artıq internet saytı “x.ai.”fəaliyyətə başlayıb.
“Reallığı anlamaq üçün xAI-nin yaradılmasını elan edirik”, – İlon Mask deyib.
Məlumata görə, şirkətdə Google, Microsoft və texnologiya sektorundan olan digər şirkətlərin keçmiş işçilərinin çalışacaq.
Qeyd edək ki, İlon Mask “SpaceX”, “Tesla” və “Twitter” kimi məşhur şirkətlərin sahibidir.