İlon Mask Ərdoğanın dəvətini qəbul etdi

“SpeysX” şirkətinin rəhbəri İlon Mask gələn il Texnofestə qatılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Mask X səhifəsində yazıb.

“Prezident Rəcəb Tayyib Ərdoğana dəvətinə görə təşəkkür edirəm. Gələn il Texnofestdə iştirak etməyi və Türkiyədəki digər investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm”, – deyə Mask bildirib.