“Dünyanın ən varlı adamı olan texnologiya milyarderi İlon Mask ABŞ-ın növbəti prezidenti olmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.
O, Demokratlar Partiyasının milyarderi “Prezident Mask” adlandırmasını tənqid edib:
“Xeyr, o, ölkənin yeni rəhbəri olmayacaq. Çünki İlon Mask ümumiyyətlə ABŞ-da dünyaya gəlməyib, yəni prezident ola bilməz. Bunu deyənlər yeni saxtakarlıqla məşğuldurlar. Əvvəl Rusiya, sonra Ukrayna məsələsini vurğuladılar. İndi də Mask vasitəsilə bizi vurmağa çalışırlar. O, büdcə danışıqlarında mühüm rol oynayır, mövcud vəziyyətə təsiri böyükdür, lakin prezident olmayacaq”.
Əliyar Xəlil
Globalinfo.az