Brüsseldə üçtərəfli görüş başa çatdı – YENİLƏNİB

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Globalinfo.az xəbər verir ki, görüş 4 saata yaxın davam edib.

***15:13

Bu gün Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.

Globalinfo.az xəbər verir ki, görüş Avropa İttifaqının mənzil-qərargahında keçirilir.