İkimərtəbəli avtobus qəzaya uğradı: 20 nəfər öldü

Meksikanın şimal-qərbində treyler ilə ikimərtəbəli avtobus toqquşub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Diario de Mexico” qəzeti məlumat yayıb.

Hadisə Sinaloa ştatının Kulakan və Masatlan şəhərləri arasındakı yolda qeydə alınıb.

Toqquşma nəticəsində yanğın baş verib. 20 nəfər ölüb, 22 sərnişin isə yaralanıb.

Hadisə ilə bağlı magistralda nəqliyyatın hərəkəti dayanıb.