5fe498d0a9e461b9fe6c1f15f3e6ac26

Qazaxıstanda “Birinci olmağa cəsarət” fondu tərəfindən keçirilən marafon zamanı iki iştirakçı – 84 yaşlı Akkoan Rsaliyev və 21 yaşlı Nurbol Əhmədi həyatını itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hər iki iştirakçı qaçış zamanı huşunu itirib. Hadisə yerinə dərhal tibbi yardım və digər fövqəladə xidmətlər cəlb edilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

“Birinci olmağa cəsarət” fondu vəfat edənlərin ailələrinə başsağlığı verib və maddi dəstək göstərəcəklərini bildirib.

Paylaş: