423237491 745289181092924 990888020577128985 n

Bakının Nizami rayonunda sürücünün əks yola çıxması ağır qəzaya səbəb olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“Vaz 2107” markalı maşına çırpılan “Ford” markalı minik avtomobilinin sürücüsü sükana nəzarəti itirib.

“Ford” beton yol ayrıcını aşaraq “Mitsubishi” markalı maşına çırpılıb.

Qəza nəticəsində Abbasov Fazil Musa oğlu və 1982-ci il təvəllüdlü Vəliyev Emil Rizvan oğlu Sabunçu Tibb Mərkəzə yerləşdirilib. E.Vəliyevin vəziyyəti ağır kimi qiymətləndirilir. Şəxsiyyətləri hələlik məlum olmayan digər iki nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə nəticəsində prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən metronun “Koroğlu” stansiyası istiqamətində tıxac yaranıb

***

Paytaxtın Heydər Əliyev prospekti, 5 saylı “ASAN xidmət” mərkəzinin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.

435752128 745289177759591 8212113177522638853 n 435680558 745289184426257 6846151711819183631 n

Paylaş: