Əlaçı şagird həyatına son qoydu

Azərbaycanda şagird intihar edib.

Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Beyləqan rayonunda qeydə alınıb.

Rayonun Yuxarı Aran tam orta məktəbinin 8-ci sinif şagirdi özünü öldürüb.

Hadisə zamanı o, evdə tək olub.

Hadisənin səbəbi bilinmir, araşdırma aparılır.

Qeyd edək ki, o bu gün dəfn olunub. Bildirilir ki, o, əlaçı şagirdlərdən olub, olimpiadalarda iştirak edib.