Həmcinsinə zorakılıq edən şagirdi nə gözləyir? – Vəkil

Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən 9-cu sinifdə oxuyan qıza qarşı zorakılıq hələ də müzakirə olunur. Həmyaşıdına qarşı zorakılıq edən məktəbli ilə bağlı ziddiyyətli məlumatlar yayılır: gah saxlanıldığı, gah da sərbəst buraxıldığı deyilir.

Bəs bullinq edən şagirdlər məsuliyyətə cəlb olunmalıdırmı?

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlı deyib ki, həmin əməli törədən şəxsə 221.2-ci maddə ilə cinayət işi başladılmalıdır.

O, hadisəni törədən şəxsin olay zamanı tək olmadığını qeyd edib:

“Düzdür, ona qarşı xuliqanlıq maddəsi irəli sürülüb, amma faktiki olaraq cinayət bir qrup tərəfindən törədildiyi üçün onlara 221.2-ci maddə ilə cinayət işi başladılmalıdır. 221.1-ci maddə ilə 2 ilədək, hətta cəzalandırılmaya bilər. 221.2-ci maddə ilə isə 3 ilədək azadlıqdan məhrum edilə bilər. Lakin daha çox 2-ci hissədə həbs qətimkan tədbiri seçilir. Burada alternativ cəzalar da nəzərdə tutula bilər”.

Zaira Akifqızı
Globalinfo.az