hemas esas

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücum planının müəllifləri kimi təşkilatın lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadı “Əl-Qəssam” briqadasının rəhbəri Məhəmməd əl-Deyfin adları çəkilir.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, əksər HƏMAS üzvləri üçün “Əl-Əqsa tufanı” əməliyyatının başlaması sürpriz olub.

a00df81a 2b6a 4ce7 a295 d2cf623d77d8

Onlar əməliyyat başlamazdan əvvəl gözlənilmədən səhər saat dörddə namaza getmək üçün şifahi əmr alıblar. Səhər saat altıda isə şifahi olaraq artıq döyüş əmri verilib.

Hücumda iştirak edən HƏMAS bölmələrinin hər birinə ayrıca hədəf qoyulduğu qeyd edilir.

Paylaş: