kiyev

“Ukraynada atəşkəs danışıqlarının uğursuzluğu və Kiyevin məğlubiyyəti ölkənin bir neçə hissəyə parçalanmasına və vətəndaş müharibəsinə səbəb ola bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Die Zeit” qəzetinin məqaləsində yazılıb.

“Həmçinin hökumət kapitulyasiya danışıqlarına görə dağıla bilər. Ehtimalla, Ukrayna ordusu qruplara parçalanacaq. Onların bir hissəsi Rusiyaya qarşı mübarizəni davam etdirəcək, digərləri təslim olacaq, yaxud ruslarla əməkdaşlıq edəcək. Ukrayna idarəolunmaz hala gələcək. Vətəndaş müharibəsi isə çox dəhşətli olacaq”, – deyə nəşrdə qeyd olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: