Hansı düzgündür: “azəri”, “Azərbaycan türkü”, yoxsa “azərbaycanlı”?

Zaman-zaman müzakirə edilən “azəri” sözü yenidən sosial şəbəkələrdə gündəm olub. Belə ki, çoxu  “azərbaycanlı” denonimindən istifadə etsə də, “azəri”, “Azərbaycan türkü” deyənlər də var.

Maraqlıdır, hansı daha doğrudur?

Mövzunu Globalinfo.az-a şərh edən tədqiqatçı Dilqəm Əhməd deyib ki, “azəri” kəlməsi ötən əsrdə ziyalılarımızın bəzi yazılarında az da olsa işlənib.

Onun sözlərinə görə, bu ifadəni daha çox mühacirlərimiz İstanbulda gündəmə gətiriblər:

“Onlar “azəri”, “azəri türkü” kimi adlandırmaları yazılarında istifadə ediblər. Bunun səbəbi Cümhuriyyət Türkiyəsində “türk” adının vətəndaş kimliyini ehtiva etməsi idi. Yəni mühacirlər Türkiyədəki türklərdən ayrı türk xalqı olduqlarını ifadə etmək baxımından belə yazıblar. Amma Sovet Azərbaycanında 1939-cu ilədək xalqın və dilin adı “türk” olaraq qalırdı”.

Dilqəm Əhməd - Əhməd bəyin zəhmi » Ədəbiyyat.AZ - Ədəbi yazılar, məqalələr, son xəbərlər, kitablar, poeziya

D.Əhməd qeyd edib ki, mühacirətin Avropa dövründə milli kimlik inşasında “azərbaycanlı” ifadəsi daha çox ön plana çıxıb:

“Məhəmmədəmin Rəsulzadə xüsusilə Avropadakı mühacirət həyatında yazılarında, çıxışlarında, müraciətlərində “azərbaycanlılar” ifadəsini davamlı işlədib. Çünki artıq türk xalqlarının hər birinin öz yolu olduğu qəbul edilmişdi. Bu baxımdan əgər bu iki variant arasında qalası olsaq, “azərbaycanlı” ifadəsi daha doğrudur”.

Zaira Akifqızı
Globalinfo.az