Hacıqabulda qızılcadan ölüm qeydə alındı

Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib.

Globalinfo.az xəbər verir ki, Hacıqabul rayonunun İkinci Udulu sakini, 2007-ci il təvəllüdlü Ayişə Eyvaz qızı Qarayeva gecə saatlarında qızılca diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağırlaşan 17 yaşlı xəstə Bakıya aparılarkən yolda ölüb.