“Vüsal hicrandan acıymış” filminin təqdimatı keçirildi – Fotolar

Mayın 4-də Odlar Yurdu Universitetində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömrayın təşəbbüsü və ssenari müəllifliyi ilə çəkilmiş ikinci Qarabağ şəhidi, baş leytenant Vüsal Kazımovun həyat və döyüş yolundan bəhs edən “Vüsal hicrandan acıymış” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü gənc şair Emil Rasimoğlu tədbiri açaraq qonaqları salamlayıb, filmin ideyası ilə bağlı fikirlərini bölüşüb.

Ədəbiyyat adamlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Vüsal Kazımovun ailə üzvlərindən atası Kamran Kazımov, həyat yoldaşı Aysel Kazmova, yazıçı Azad Qaradərəli, Mədəniyyət Nazirliyi əməkdaşı Sevil Kərimova, yazıçı İlham Əziz, filmin ssenari müəllifi, yazıçı Çinarə Ömray, AMEA Dilçilik İnstitutunun şöbə müdiri İlham Tahirov və başqaları çıxış edib.

Daha sonra “Vüsal hicrandan acıymış” sənədli filmi tədbir iştirakçılarına təqdim olunub.