“Köçəryanın ürəyinin müqəddəs şəxsi” İrəvana irəliləyir – Ermənistan qarışır

“Tavuşdan İrəvana doğru yürüşdə Ermənistandakı 5-ci kolon nümayəndələrindən qoşulmayan qalmadı”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib.

T.Çaxoyan ölkədəki bütün təxribatçı və ruspərəstlərin etirazlara qatıldığını bildirib:

“Bayraq yandıranlar, məşhur korrupsionerlər, Moskvada keçmiş nazir olanlar, vaqnerçilər, cinayətkarlar… Onlara az adam qoşulmadı. Məlum oldu ki, etirazlara rəhbərlik edən yepiskop Baqrat həm də Robert Köçəryanın adamı, onun ürəyinin müqəddəs şəxsidir”.

Qeyd edək ki, Qazaxın kəndlərinin təhvil verilməsi və sülh prosesinin əleyhinə olduğunu bildirən “Vətən üçün Tavuş” hərəkatı Kirant kəndidən İrəvana doğru yürüşə başlayıb.

Ayşən Mustafa
Globalinfo.az