“Qərbdən Ukrayna ilə bağlı etiraflar eşidirik” – Lavrov

Qərb Ukrayna üçün cəbhədə vəziyyətin pisləşdiyini anlayır.

Globalinfo.az xəbər verir ki, barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bosniyanın ATV telekanalına müsahibəsində deyib.

“İndi Qərbin ağzından Ukrayna üçün işlərin getdikcə çətinləşdiyi barədə etiraflar eşidirik… Amma ölkələrdən Ukraynaya silahlar getməkdə davam edir. Pentaqon rəhbəri Lloyd Austin bir neçə gün əvvəl heç vaxt məğlub olmayacaqlarını demişdi.  Yəni, onlar artıq Rusiyanı məğlub etməkdən danışmırlar, onların əziyyət çəkməsinin qarşısını almaqdan danışırlar”, – Lavrov qeyd edib.