Avropanı qorxu bürüdü: Putinin növbəti hədəfi bu 4 ölkə olacaq

Fransa Prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyinin Ukraynadakı vəziyyətdən asılı olduğunu düşünür.

Globalinfo.az xəbər verir ki, Makron bu barədə “La Tribune” nəşrinə danışıb.

Fransa lideri hesab edir ki, Rusiya raketləri Ukraynaya yerləşdirilsə, Avropa təhlükə altına düşəcək.

“Ukrayna bizim sərhədlərimizdən 1500 km aralıda yerləşdiyi üçün avropalıların təhlükəsizliyi risk altındadır. Rusiya qalib gəlsə, nə Rumıniya, nə Polşa, nə Litva, nə də biz təhlükəsizlikdə olacağıq. Rusiya ballistik raketlərinin gücü və mənzili hamımızı risk altında qoyur”, – Makron bildirib.

“RİA Novosti” isə xatırladır ki, Rusiya Prezidenti Vladimir Putin Avropada heç bir ölkəyə qarşı ərazi iddiası olmadığını bəyan edib.

Safura Bənnayeva
Globalinfo.az