Ermənistanın Birinci Kanalından Şuşa və Xankəndi ilə bağlı ŞOK ADDIM

Ermənistanın Tavuş vilayətinin Qazaxla sərhəddə yerləşən Voskepar kəndi ilə bağlı əvvəllər çəkilmiş sənədli film Ermənistanın birinci kanalının saytından silinib. 

Globalinfo.az xəbər verir ki, bunu Birinci Kanalın keçmiş jurnalisti Marianna Paytyan deyib.

Jurnalist bildirib ki, “Sərhəddə həyat” adlı sənədli film seriyası ümumilikdə saytdan silinib:

“Kanalın saytında Voskeparla bağlı bölümü axtarırdım. Məlum oldu ki, sərhəddəki yaşamla bağlı çəkdiyimiz bütün seriyalar saytdan silinib. Lakin məndə arxivlərdə qalıb.

Bir az da axtardım, gördüm ki, Şuşanı necə almağımızla (işğal etmişdilər – red.) bağlı filmi, hətta Xankəndi xəstəxanasından hazırladığımız reportajları da siliblər”.

Ayşən Mustafa
Globalinfo.az