ABŞ-dan İsraillə bağlı gözlənilməz QƏRAR

ABŞ Prezidenti Co Bayden administrasiyası keçən həftə İsrailə Amerika istehsalı olan sursatların tədarükünü dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Adı açıqlanmayan İsrail rəsmilərinin məlumatına görə, Vaşinqtonun qərarı  İsrail hökuməti daxilində ciddi narahatlığa səbəb olub. Tədarükün hansı səbəblə dayandırılması ilə bağlı açıqlama verilməyib.

Amerika mediası yazır ki, Prezident Co Bayden  İsraili dəstəklədiyi üçün amerikalıların kəskin tənqidi ilə üzləşib. İsrailin “Rəfah” bölgəsində planlaşdırdığı əməliyyatın ABŞ ictimaiyyətində ciddi narazılığa səbəb olacağı ilə bağlı Vaşinqtonun Tel-Əvivə xəbərdarlıq etdiyi bildirilir.

Ayşən Mustafa
Globalinfo.az