Rafahda “İslami Cihad”ın komandiri məhv edildi

İsrail ordusu Rafahda “İslami Cihad”ın komandirlərindən birini məhv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə israil ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət “İslami Cihad” strukturunda yüksək rütbə daşıyan və Rafah briqadasına komandanlıq edən Ayman Zaarabdan gedir. O, səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının endirdiyi zərbələr nəticəsində məhv edilib. Onunla birlikdə daha iki “İslami Cihad” yaraqlısı zərərsizləşdirilib.

İsrail ordusunun məlumatına görə, Zaarab 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az